Qəddafi qalası əyləncə mərkəzi oldu

Qəddafi qalası əyləncə mərkəzi oldu
  18 İyul 2013    Oxunub:1436
Liviyanın 2011-ci ilin oktyabrında öldürülən lideri Müəmmar Qəddafinin qərargahı əyləncə parkına çevriləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Turizm Nazirliyinin açıqlamasına görə, Qəddafinin 42 illik hakimiyyəti ərzində qala kimi istifadə etdiyi 6 kilometrlik Bab-ül Əziziyə qərargahı xalqa xidmət edən parka çevriləcək.

Turizm naziri İkram Başiman deyib ki, Tripoli şəhərində yerləşən qərargah artıq tamamilə dağıdılıb:

“Amma qalanın dağıntıları hələ ki, oradadır. Qarşıdakı iki ay ərzində dağıntılar təmizlənəcək. Ərazinin təhlükəsizliyi yoxlandıqdan sonra bura yaşıllığı olan bir park kimi xalqın xidmətinə veriləcək”.

Qeyd edək ki, uzun illər bu qərargahın qarşısından keçə bilməyən liviyalılar bir neçə müddət idi ki, həmin yerdən bazar kimi istifadə edirdilər.
Bab-ül Əziziyənin içində üzgüçülük hovuzları, villalar, lüks bağlar, idman meydançaları və yeraltı sığınacaqlar olub.

Fatimə


Teqlər:  





Xəbər lenti