Hər ay 5 min nəfər həyatını itirir

Hər ay 5 min nəfər həyatını itirir
  18 İyul 2013    Oxunub:1831
Bu barədə BMT-nin açıqlamasında məlumat verilir
Suriyada silahlı münaqişə zamanı, ilkin hesablamalara görə, hər ay 5 minədək insan həyatını itirir. Bu barədə BMT-nin açıqlamasında qeyd olunur. Bundan başqa, hər gün 6 minədək insan qaçqın düşür.

BMT-nin qaçqınların işi üzrə ali komissarı Antonio Qutteres vurğulayıb ki, bu münaqişə gözlənildiyindən xeyli çox uzanıb və onun fəsadları çox ağır olub. Bu arada ordu qüvvələrinin ölkənin müxtəlif şəhərlərində rejim əleyhdarlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda daha 75 nəfər ölüb.

S.Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti