Avropa Birliyi Mursinin müdafiəsinə qalxdı

Avropa Birliyi Mursinin müdafiəsinə qalxdı
  18 İyul 2013    Oxunub:1249
Avropa Birliyi Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin azadlığa buraxılmasını tələb edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirdə səfərdə olan Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə rəhbəri Ketrin Eşton açıqlamasında bildirib ki, keçirdiyi görüşlərdə devrilmiş prezidentin azadlığa buraxılmalı olduğunu vurğulayıb:

“Bütün açıqlamalarımda və keçirdiyim görüşlərdə Mursini azad etməyin zəruriliyini dedim. Onunla görüşmək xahişim qəbul edilməsə də, mənə bildirildi ki, Mursinin vəziyyəti yaxşıdır və ona yaxşı baxırlar”.

Qeyd edək ki, K.Eşton Qahirədə müvəqqəti prezident Adil Mənsur və onun beynəlxalq əlaqələr üzrə köməkçisi Məhəmməd əl Baradey, müvəqqəti baş nazir Hazım Bəblavi, baş nazirin müavini və müdafiə naziri Əbdülfəttah əl-Sisi, xarici işlər naziri Nəbil Fəhmi və “Müsəlman Qardaşlar”dan nazir olan bəzi rəsmilərlə görüşüb.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti