Konqresdə TAP müzakirələri

Konqresdə TAP müzakirələri
  18 İyul 2013    Oxunub:1336
ABŞ Konqresində Azərbaycan, Albaniya, Yunanıstan və İtaliya səfirliklərinin birgə təşəbbüsü ilə “Cənub qaz dəhlizi və onun Avropanın enerji təhlükəsizliyindəki rolu” mövzusunda brifinq keçirilib. Tədbirdə Konqres üzvləri, müxtəlif analitik mərkəzlərin mütəxəssisləri, ABŞ Dövlət Departamentinin rəsmiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin moderatoru səfir Elin Süleymanov Azərbaycan hökuməti tərəfindən Cənub qaz dəhlizi ilə bağlı verilmiş qərarın perspektivlərindən bəhs edib, layihənin reallaşmasının yeni geosiyasi reallıqlar yaratması ilə yanaşı, həmçinin iştirakçı dövlətlərin social-iqtisadi rifahının yüksəlməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Albaniyanın ABŞ-dakı səfiri Gilbert Galanxhi öz çıxışında TransAdriatik qaz kəməri (TAP) layihəsi ilə bağlı verilmiş qərarın ölkəsi üçün çox önəmli olduğunu bildirib, bu strateji xarakter daşıyan qərarın gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Ölkəsində qaz infrastrukturunun mövcud olmadığını bildirən səfir bu sahədə yeni obyektlərin yaradılması yolu ilə inkişafa nail olunacağına böyük ümidlər bəslənildiyini deyib. Bildirib ki, layihənin reallaşması yalnız region üçün enerji təhlükəsizliyinin təminatı deyil, həmçinin bütün Avropanın strateji təhlükəsizliyinin təminatında əsas amil olacaq.

Yunanıstanın səfiri Christos Panagopoulos Azərbaycanı Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi xarakterizə edib. TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ olduğunu bildirən səfir onun həyata keçməsinin iqtisadi böhranın fəsadlarından əziyyət çəkən ölkəsinin iqtisadi inkişafına təkan verəcəyini deyib.


Teqlər:





Xəbər lenti