Əhməd Davudoğlu Bakıda-Yenilənib

Əhməd Davudoğlu Bakıda-Yenilənib
  17 İyul 2013    Oxunub:1402
Səfər çərçivəsində xarici işlər nazirinin İlham Əliyevlə görüşü planlaşdırılır.
AzVision.az-ın məlumatına görə,Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanda səfərdədir.

Heydər Əliyev adına beynəlxalq hava limanında xarici işlər nazirini Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və səfirliyin digər vəzifəli şəxsləri qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində Əhməd Davudoğlu Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Xarici işlər naziri Elmar Məmmədyarovla keçiriləcək görüşdən sonra mətbuat konfransı keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti