Neft və qızıl yenə ucuzlaşdı
![Neft və qızıl yenə ucuzlaşdı Neft və qızıl yenə ucuzlaşdı](https://azvision.az/photos/publika.az1413281650452fde12b7d7d2.jpg)
Neftin ucuzlaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanması səbəb olub. Hesabata əsasən, Birləşmiş Ştatların neft ehtiyatlarının artım həcmi proqnozlaşdırılan həcmdən 3 dəfə çoxdur.
Bundan başqa COMEX-də qızılın bir unsiyasının qiyməti 4,80 dollar, yaxud 0,39% ucuzlaşaraq 1 219,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1173 (-0,07%) təşkil edib.
AzVision.az