Azərbaycana epidemiya yaxınlaşır

Azərbaycana epidemiya yaxınlaşır
  15 İyul 2013    Oxunub:1938
Qonşu Gürcüstanda artıq 6 min nəfər yoluxucu xəstəliyə tutulub.
Gürcüstanda təkcə bu ilin fevral ayınını sonlarından bu yana qızılca xəstəliyinə yoluxanların sayi 6 min 131 nəfərə çatıb.

Gürcüstanın Xəstəliklə Mübarizə Mərkəzinin məlumatına görə bu göstərici ötən illə müqayisədə 190 dəfə çoxdur.

Məlumata görə xəstəliyə yoluxanların əksəriyyəti 20 yaşın altında olan gənclərdir. Artıq iki nəfər, bir uşaq və 19 yaşlı gənc həyatını itirib.

Xəstəliyin belə geniş miqyası əhatə etməsi Gürcüstan hökumətini, o cümlədən qonşu ölkələri narahat etməyə başlayıb . Artıq fövqəladə tədbirlərə start verilib. Əhalinin pulsuz vaksinasiyasına başlanılıb.

Qafqazda və Türkiyədə qızılca epidemiyası və xəstəliyin yayılma yolları və qarşısının alınması məsələsi bu həftə Tbilisi də növbəti dəfə müzakirə ediləcək.

Qeyri-rəsmi məlumat görə artıq Azərbaycanda da qızılca xəstəliyindən ölənlərin olduğu bildirilir. Gədəbəy rayonunun Böyük Qaramuradlı kəndinin sakini Rəşid Əliyevin sözlərinə görə, iki həftə öncə 13 yaşlı qızı məhz bu xəstəliyin qurbanı olub. Yerli sakinlərin sözlərinə görə xəstəlik Tovuz rayonunda da qeydə alınıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzinin Epidemiologiya məsələləri üzrə direktor müavini Afaq Əliyeva isə bildirdi ki, ölkədə qızılca xəstəliyinə yoluxma halları var, lakin sürətli şəkildə yayılmayıb:

“Hazırda ölkədə bu xəstəlikdən əziyyət çəkən çox az insan var. Bu xəstəliklə bağlı xəstəxanalara müraciət edənlər isə uşaqlar yox, əksinə böyüklərdir. Bu da qonşu ölkələrdə xəstəliyin kəskin yayılması ilə bağlıdır. Ölkəmizdə isə qızılca xəstəliyi ilə bağlı xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunmayıb”.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti