Ennio Morrikone Bakıya gəlir - VİDEO

Ennio Morrikone kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşıb. “Azad olunmuş Canqo”, “Bir dəfə Amerikada” ,“Malena”, “Şərəfsiz əclaflar” və “1900-cü il əfsanəsi” bunlardan sadəcə bir neçəsidir.
Morrikone “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeninin zabiti, 2007-ci ilin Oskar mükafatçısı və “David di Donatello” kino mükafatının səkkizqat laureatıdır.