Yasamalda ASAN Xidmət mərkəzi açılacaq
Onun sözlərinə görə, prezidentin fərmanı ilə Bakının Yasamal rayonunda, və eləcə də Gəncədə ASAN Xidmət mərkəzi açılacaq. Bu avqust aylarında baş tutacaq.
İnam Kərimov bildirib ki, həmin mərkəzlərin açılması üçün hazırda intensiv işlər həyata keçirilir.
Gəncə də açılacaq ASAN Xidmətdən nəinki ancaq Gəncə sakinləri, həmçinin Gəncəərtafı rayonların vətəndaşları da yararlana biləcəklər.
İ. Kərimov bildirib ki, yanvar ayından etibarən ASAN Xidmətin xidmətlərindən 250 mindən çox vətəndaş istifadə edib. Rayonlarda vətəndaşlara xidmət göstərən səyyar xidmətdən danışan İman Kərimov bildirib ki, iyunun əvvəlindən bu günə qədər 6 rayonun əhalisi bu xidmətlərdən istifadə ediblər. 16 mindən çox vətəndaşa ASAN Xidmət göstərilib.
İlin sonuna kimi ölkə ərazisində səyyar xidmətlər fəaliyyət göstərəcək.
Qeyd edək ki, tədbirdə rabitə və texnologiya nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Prezident Adminstrasiyasının bir sıra nümayəndələri, bir sıra dövlət qurumları, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edir.
Sevinc İltifatqızı