“Böyük İpək Yolu” yarış keçirir

“Böyük İpək Yolu” yarış keçirir
  11 İyul 2013    Oxunub:3387
Böyük İpək Yolu” “Cto? Qde? Koqda? “ ulduzlarının iştirakı ilə gənc komandaların yarışını keçirir
"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı iyulun 13-də “Abşeron-Mariott” otelində “Bakının Birİncisi–2013” adlı “Nə? Harada? Nə Zaman?” gənclərarası intellektual yarışması keçiriləcək. Bu barədə AzVision.az-a təşkilatın mətbuat xidməti məlumat verib.

Layihənin baş koordinatoru Ayan Bəşirzadənin məlumatına görə, yarışmaya gənclər arasından seçilmiş 25 ən yaxşı komanda qatılıb. Turnirin aparıcısı “Çto? Qde? Koqda? oyununun nüfuzlu “Büllur Bayquş” mükafatının sahibi Andrey Supramoviçdir. Yarışmanın Appelyasiya üzrə münsifləri heyətinə Moskva Elitar Klubunun “ulduzu” Anastasiya Şutova rəhbərlik edəcək. Yarışma çərçivəsində ən yaxşı 16 komanda üçün breyn-rinq keçiriləcək. Breyn-rinqi “Büllur bayquş” mükfatını almış Rövşən Əsgərov aparacaq. Yarışmada səsləndirləcək altmış sualdan ibarət” sual paketi”ni “Çto? Qde? Koqda? proqramının tanınmış ukraynalı redaktoru Konstantin Naumenko hazırlayıb.

Xatırladaq ki, “Bakının Birİncisi” yarışması– 2010” adlı “Nə? Harada? Nə Zaman?” gənclərarası yarışması 13 Fevral 2010-cu ildə, “Bakının Birİncisi 2011” 16 Aprel 2011 ildə, “Bakının Birİncisi 2012” isə 12 may 2012-ci ildə keçirilib.

Bu turnir Rusiyada, Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyata alınıb.


Teqlər:





Xəbər lenti