Əflatun Amaşov yenidən sədr seçildi

Əflatun Amaşov yenidən sədr seçildi
  11 İyul 2013    Oxunub:1367
Jurnalistlərin VI qurultayında Mətbuat Şurasının yeni sədri seçilib.
AzVision.az-ın məlumatına görə, açıq səsvermə zamanı Əflatun Amaşov yekdilliklə şuranın yenidən sədri seçilib. Qurultayda həmçinin gizli səs vermə ilə idarə heyətinin üzvləri də seçilib. 240 səsdən 6-sı etibarsız hesab olunub.

Əflatun Amaşov, Vüqar Rəhimzadə, Ümid Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbasov, Aydın Quliyev, Rauf Arifoğlu və Akif Aşırlı İdarə Heyətinin üzvləri seçilib.

Vüqar Səfərli, Aqil Abbas, Müşfiq Ələsgərli, Cavanşir Feyziyev, Şamil Vəliyev və Musa Qasımlı isə idarə heyətinin ictimaiyyətdən olan nümayəndələri seçilib.

Media nümayəndələrindən Rasim Əliquyliyev, Vüsalə Mahirqızı və Azər Həsrət, ehtiyatda olan üzv kimi isə Sevda Həmidova İdarə Heyətinə seçilib.

Fatimə KƏRİMLİ




Teqlər:  





Xəbər lenti