AzVision.az-ın məlumatına görə, iyulun 6-dan 20-nə qədər Salyan və Neftçala rayonlarının ümumi sayı 200000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Salyan rayonunda yararlana biliblər.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.