Günel Mövlud APA-dan getdi
"Bu xəbəri ictimailəşdirməyimin səbəbi budur. Yazılar yazanda, statuslar paylaşanda, münasibət bildirəndə" APA Holdinq"də rəhbər vəzifələr tutan insanlar barəsində sərbəst fikir söyləyə bilməməyimdir. "APA" ilə əməkdaşlığımın davam etdiyini düşünənlər fikirlərimdə, sözlərimdə qeyri-obyektivliyə yol verdiyimi düşünə bilərlər.
Bu holdinqlə əməkdaşlıq elədiyim illər ərzində direktor Vüsalə Mahirqızı, mənəvi atam Qabil Abbasoğlu və bütün kollektivdən xoş münasibət, dəstək, hörmət görmüşəm. O ofis mənim üçün həmişə könül rahatlığı ilə gedə biləcəyim, hansısa problemimi müzakirə edə biləcəyim, yardım görə biləcəyim bir yer olub. Siyasi fikirlərimə, müxalif düşüncəmə görə heç vaxt irad eşitməmişəm, xəbərdarlıq almamışam, eyham belə görməmişəm. Buna görə hamısına ürəkdən təşəkkür edirəm.
Sevinirəm ki, əməkdaşlığımız bitəndən sonra "APA"nın rəhbər və sıradan işçilərinin, mamaşanın, dədəmin barəsində rahatlıqla fikir deyə biləcək, tərifi də tənqidi də rahatlıqla yaza biləcəyəm.
Siyasi fikir, baxış ayrılığımız olan bütün insanlara otağına müxbiri içəri girəndə də, çıxanda da ayağa qalxacaq, yaradıcı adamla danışmaq qaydalarının incəliyini bilən Vüsalə Mahirqızının mədəniyyətindən örnək götürməyi arzu edirəm".