Xədicə İsmayıl küçələri süpürəcək
“Xatırlayırsınızsa, mitinqə qatıldığım üçün mənə kəsilən qanunsuz cəriməni ödəməkdən imtina etdiyimə görə 220 saat ictimai işlər cəzasına məhkum olunmuşdum. Bu gün həmin cəzanın icrası ilə bağlı Məhkəmə qərarlarının icrası şöbəsinə çağırılmışdım. Getdim. Bu sənədi təqdim etdilər. 220 saat dalandar və ya süpürgəçi işi görmək təklif olunur. İzah etdilər ki, dalandar - arxa küçələri, süpürgəçi mərkəzi küçələri süpürür. Mən yəqin ki, sabah gedib süpürgəçi işini görəcəyim barədə iltizam verəcəyəm. Növbəti həftədən işə başlayacağıq.
Gündə 4 saat bu işi görmək öhdəliyim var. Artıq analoqu olmayan inkişafdan - Binəqədi rayonunun mərkəzi küçələrində yüksək ixtisaslı kadrların çalışmasından danışa bilərsiniz.”
AzVision.az