SOCAR-dan 95 nəfər kənarlaşdırılıb
AzVision.az xəbər verir ki, müsabiqənin I turunda müraciət edən namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğun gəlməsi yoxlanılıb. Müsabiqədə iştirak etmək üçün 462 nəfər müraciət etmiş və onlardan 367 nəfəri növbəti mərhələyə buraxılmışdır. 95 iddaçı müsabiqənin şərtlərinə cavab vermədiyi üçün kənarlaşdırılıb.
STTM-ə 7 ixtisas üzrə cəmi 85 nəfər şagird qəbul edilməsi nəzərdə tutulub. İyulun 11-də STTM-ə şagird qəbulu müsabiqəsinin II turu - müsahibələr keçiriləcək.