XİN Estoniyanın xəbərdarlığını araşdırır

XİN Estoniyanın xəbərdarlığını araşdırır
  10 İyul 2013    Oxunub:1252
Estoniya XIN-i vətəndaşlara Azərbaycana səfər etməməyi tövsiyyə edib
Estoniya Xarici İşlər Nazirliyi mümkün terror ehtimalına görə vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırıb. Bu barədə AzVision.az Baltic News Service (BNS)-ə istinadən məlumat verir.

Məlumata görə, Estoniya XİN-i ilk növbədə Dağlıq Qarabağa səfər etməməyə çağırıb və bildirib ki, Azərbaycanla Ermənistan sərhəddində hər an silahlı qarşıdurma baş verə bilər.

Nazirlik bu ərazidə aviarabitədən istifadənin də təhlükəli olduğu ilə bağlı xəbərdarlıq edib.

Məlumatda həmçinin qeyd olunur ki, Estoniyanın Azərbaycanda nə səfirliyi, nə də fəxri konsulluğu var. Odur ki, ehtiyac olarsa Estoniya vətəndaşları konsul yardımı almaq üçün Latviyanın Bakıdakı səfirliyinə və ya Avropa İttifaqı ölkələrindən birinin nümayəndəliyinə müraciət etsinlər.

AzVision.az bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın Estoniyadakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlik yaxın müddətdə məsələ ilə bağlı yazılı məlumat göndərəcəyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hazırda bu məsələnin araşdırıldığını bildirib.

Daha ətraflı məlumat üçün bizi izləyin.

AzVision.az


Teqlər:  





Xəbər lenti