Bakıda bir nəfər intihara cəhd edib

Bakıda bir nəfər intihara cəhd edib
  10 İyul 2013    Oxunub:980
Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Müəyyən olunub ki, vətəndaş özünü çoxmərtəbəli yaşayış binasının eyvanından ataraq intihar etmək istəyir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla danışıqlar aparmış və yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını almışlar. Xilasetmə əməliyyatı saat 13:00-da başa çatıb.


Teqlər:





Xəbər lenti