“Gəncliyin İlham Əliyevi dəstəkləməsi cəmiyyətə mesajdır”
AzVision.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün AMEA-da keçirilən gənc alimlərin ümumi yığıncağında səsləndirib.
O vurğulayıb ki, İham Iliyev seçki kampaniyası aparmır və aparmaycaq: “Çünkı buna ehtiyacı yoxdur. O seçkilərin yox, gəncliyin sabahını düşünür. Bu gün gəncliyin İlham Əliyevi dəstəkləməsi cəmiyyətə verilmiş mesajdır. Əgər gəncliyin elitası onu dəstəkləyirsə bu, onu göstərir ki, onun yürütdüyü siyasət doğrudur. Bu, sizin şüurlu seçiminizdir”.
Ə.Həsənov deyib ki, gənc alimlərin inkişafının dünya səviyyəsində davam etdirilməsi dövlətin diqqətindədir: “Rəqabətə davamlı alimlər yetişidirilməsi diqqətimizdədir. Amma çox təəssüf edirəm ki, gənc alimlərin çoxu xanımlardır. Bu da yəqin ki, hərbi xidmətdən möhlət hüququnun verilməməsi ilə bağlıdır. Bu da tərəfimizdən aidiyyatı qurumlar qarşısında məsələ kimi qaldırılacaq”.
Fatimə