Bu gün də qaz kəsiləcək

Bu gün də qaz kəsiləcək
  10 İyul 2013    Oxunub:1249
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
AzVision.az ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar iyulun 10-u saat 10:00-dan 15:00-dək "Mehdiabad" Qazpaylayıcı Stansiyasında, saat 09:00-dan 21:00-dək "Duvannı (Qobustan)" Qazpaylayıcı Stansiyasında, "Qobustan (Qobustan bələdiyyə)" Qaztənzimləyici Məntəqəsində, "Şıxlar", "Bağlar", "DSU-2" və "2 saylı Tikinti-Quraşdırma" ölçü qovşaqlarında, həmçinin Yasamal rayonunun Z.Xəlilov, Ə.Cəmil, Ə.Ələkbərov, Şahbazi, B.Ağayev küçələrində və H,Cavid prospektində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinə, Qobustan rayonunun bir hissəsinə və Yasamal rayonunun yuxarıda adları çəkilən küçə və prospektlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti