Müxalifətçilərin iftar süfrəsi ilə bağlı AÇIQLAMA

Müxalifətçilərin iftar süfrəsi ilə bağlı AÇIQLAMA
  10 İyul 2013    Oxunub:1405
“Elələri var ki, başqa məramlar üçün iftar süfrəsi verirlər”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilat şöbəsinin əməkdaşı Hacı Fuad Nurullayev AzVision.az-a açıqlamasında məsələnin bu cür anlaşılmamasını istəyib.

“Məsələ bu cür deyil, bu cür anlaşılmamalıdır. Əsas məsələ odur ki, kim gəldi necə gəldi iftar süfrəsi verməsin. Bu diqqətdə saxlanılsın. Başqa məramlar üçün adamlar iftar süfrəsi verirlər. Burada başqa niyyətlərdən söhbət gedir. Yoxsa kim gəldi, necə gəldi Iftar sürəsi versin və sabah bunun altında başqa niyyətlər yatsın”.

Hacı Fuad Nurullayev bildirib ki, elə yerlər var orada hamı bir-birini tanıyır, bilir ki, kim kimdir: “Amma elə yerlər var ki, biri gəlib iftar süfrəsi vermək istəyir, bilinmir ki, kimdir, niyyəti nədir. Buna diqqət yetirilməlidir”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetində yer alan yazıya görə, Allahşükür Paşazadə Ramazan ayında “siyasi şəxslərə” iftar süfrələri açmağı yasaqlayan tapşırıqlar verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə iyulun 8-də keçirilən Qazilər Şurasının Ramazanla bağlı toplantısında deyib ki, bu il seçki ili olduğu üçün məscidlərdə çox ehtiyatlı olmaq lazımdır. “Xüsusilə siyasi şəxslərin məscidlərə müdaxiləsi qəti qadağandır” deyə, A.Paşazadə bildirib. O qeyd edib ki, əgər hansısa məscid siyasi şəxslərin oradan seçki kampaniyası üçün istifadə etməsinə şərait yaradacaqsa, o məscid və onun axundu ciddi cəzalandırılacaq.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti