“Arşın mal alan” Los-Ancelesdə

Operetta dünyanın ən böyük və məşhur Los-Ancelesin Dorothy Chandler Pavilion Opera Teatrında səhnəyə qoyulacaq. Tanınmış opera ifaçısı Plaçido Dominqonun rəhbərlik etdiyi nüfuzlu Los-Anceles Operası tamaşalarını məhz bu opera teatrında nümayiş etdirir. 1970-1990-cı illərdə “Oskar” mükafatının təqdimetmə mərasimləri də Dorothy Chandler Pavilion Opera Teatrında keçirilib.
Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır. O, 2006-cı ildə “Arşın mal alan” operettasını Vyanada uğurla səhnələşdirib.
Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Operettanın musiqisini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək. Bu, “Arşın mal alan” operettasının ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formada ilk səhnələşdirilməsidir.