733 əcnəbi ölkəmizdən çıxarılıb

733 əcnəbi ölkəmizdən çıxarılıb
  09 İyul 2013    Oxunub:1555
Əcnəbilər növbəti dəfə Azərbaycan qanunvericiliyini pozub.
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 1-dən 5-dək Bakı şəhərində və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 782 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan qanunvericiliyinin pozulması faktı aşkarlanıb.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, onlardan 41 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa 689 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 44 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin 8 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Həftə ərzində DMX -nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1782 müraciət daxil olub.




Teqlər:





Xəbər lenti