Ramazana görə qaynar xətt yaradıldı
Komitənin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, əsasən milli-mənəvi dəyərlərin qorunub saxlanması, maarifləndirmə işinin artırılması və vətənpərvərlik sahəsinin gücləndirilməsi işini nəzərdə tutan tədbirlər planı çərçivəsində icmalar üçün sosial fəaliyyətə dəstək layihəsinin təqdimatı həyata keçiriləcək və icmaların müraciətləri qəbul olunacaq.
Layihə Dövlət Komitəsi tərəfindən dini icmalar üçün veriləcək iftar süfrəsi zamanı elan ediləcək.
Ramazan ayı boyunca yarana biləcək mümkün problemlərlə bağlı qaynar xətt fəaliyyət göstərəcək.
Həmçinin dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər xiyabanının ziyarət edilməsi, “Cəmiyyət və din” qəzetinin xüsusi buraxılışının nəşri, İctimai Televiziyada yayımlanan “Din və cəmiyyət” proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulub.
Bundan başqa, Ramazan ayı ərzində dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılmışdır. Həmçinin, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak, müxtəlif səviyyəli görüşlərin keçirilməsi də tədbirlər planına daxil edilib.
Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulub.
Mirvari
Teqlər: