Borclu olduğu tibb bacısını öldürdü

  14 Fevral 2016    Oxunub : 1432
Borclu olduğu tibb bacısını öldürdü
Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumatı görə, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədi Rayon Prokurorluğundan şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.

AzVision.az

Teqlər: