Öküzlər ispanları tapdaladı- FOTOLAR
Karnaval hər il iyulun 6-dan 14-nə kimi davam edir. İnsanlar bir həftə ərzində səhər saat 8-də “ensyerro”ya çıxırlar. Öküzləri xüsusi tövlədən küçələrə buraxırlar. Heyvanlar şəhər küçələri ilə karnavalda iştirak edən insanları qovurlar. Həm heyvanlar, həm də insanlar 825 metr məsafəni qət edərək xüsusi korridalar keçirilən arenaya daxil olmalıdırlar. 1911-ci ildən bu yana “ensyerro” zamanı 14 nəfər həlak olub.