Bakıda `yol terroru`: 10 ölü

Bakıda `yol terroru`: 10 ölü
  08 Fevral 2016    Oxunub:2769
`Cari ilin əvvəlindən bu günə qədər Bakı şəhərində baş verən yol qəzasında 10 nəfər ölüb.`
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib ki, qəzalarda 56 nəfər xəsarət alıb.

V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayında azalma müşahidə olunub: `Qəzalara sürət həddinin aşılması, təhlükəli manevr etmə və digər qanun pozuntuların səbəb olub`.

V. Əsədov əlavə edib ki, qeyd olunan müddətdə sərxoş halda avtomobili idarə edən 1564, işıqforun tələbini pozan 1188 sürücü, müəyyən edilməyən yerlərdən keçən 12881 piyada inzibati qaydada məsuliyyətə cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti