Sərkisyan:`Azərbaycan güclənir, bizsə...`

Sərkisyan:`Azərbaycan güclənir, bizsə...`
  04 İyul 2013    Oxunub:1346
Ermənilər növbəti dəfə gücsüz olduqlarını etiraf etdilər . Yerevan oynadığı ikili oyunun qurbanına çevrilib.
“Ermənistan bir tərəfdən Avropa İttifaqı ilə Assosasiya sazişi imzalamağa hazırlaşır, digər tərəfdən isə Vahid Gömrük İttifaqına qoşulmağa hazır olduğunu bəyan edir və təhlükəsizliyinin təmin olunmasında Rusiyaya arxalanır. Bu barədə AzVison.az Ermənistan mətbuatına istinadən məlumat verir.

Bunula yanaşı, ermənilər özləri etiraf edrlər ki, Rusiya olmadan Ermənistan Azərbaycanla mübarizə məsələsində bir heçdir. Rusiyanın köməyinə hava, su kimi ehtiyacı var. Elə fikir vermisinizsə, son illər ermənilər ən-ənəvi “Qarabağ ordusu regionun ən güclü ordusudur!” şüarını səsləndirmirlər.

Ermənistan cəmiyyəti artıq dərk edib ki, Azərbaycan ordusu Qarabağda azadlıq əməliyyatları həyata keçirməyə başlasa, Avropa İttifaqı Yerevanı hərbi cəhətdən dəstəkləmək üçün heç bir addım atmayacaq . Buna görə də Yerevan dörd əllə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yapışmağa məcbur qalıb. Lakin ermənilər bunun da məğzini tam dərk edə bilmirlər.

Elə Ermənistanın Milli Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sərkisyan da heç nə başa düşə bilməyib: “ Niyə məhz KTMT?! Onun bizə nə verə biləcəyi çox maraqlıdır. Heç kim bilmir ki, təşkilat həqiqətən də fəaliyyət göstərirmi, onun hansısa bir məsələ ilə, tutalım ki, Qarabağ problemi ilə bağlı dəqiq mövqeyi varmı, ya yox?! Bu qurumun böhranlı vəziyyətlərdə ortaya qoyacağı gücü varmı?! Ayrı-ayrı məsələlərin həllinə gəlincə, bu təşkilatın konkret mövqeyindən baş aça bilmək mümkün deyil. Elə isə KTMT-nin məqsədi nədir və ya Ermənistanın bu təşkilata qoşulmasının nə mənası var? Rəqib güclənir, bizsə hələ suallara cavab axtarırıq...”

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti