Avropadakı əsas ticarət tərəfdaşımız

Avropadakı əsas ticarət tərəfdaşımız
  26 İyun 2013    Oxunub:1328
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla Avropa Birliyi ölkələri arasında 6 mlrd. 332 mln. 148 min dollar həcmdə ticarət əməliyyatları aparılıb.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ticarət dövriyyəsinin 4 mlrd. 864 mln.145 min dolları ixracın, 1 mlrd. 468 mln.003 min dolları idxalın payına düşüb.

Hesabat dövründə Azərbaycandan AB-yə ixrac 5,48% azalıb, Azərbaycanın bu ölkələrdən idxalı isə 44.63% artıb.

Hesabat dövründə Azərbaycanla ən çox ticarət əməliyyatı aparan ölkə İtaliya olub. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 mlrd. 426 mln. 511 min dollar təşkil edib. Bu ölkə ilə ticarət dövriyyəsi ümumi dövriyyənin 16.48%-ni tutub.


Teqlər:





Xəbər lenti