Kəndə təbii qaz verilib

Kəndə təbii qaz verilib
  26 İyun 2013    Oxunub:1002
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günündə - iyunun 26-da Şəki rayonunun Baş Zəyzid kəndinə təbii qaz verilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 105 abonenti olan Baş Zəyzid kəndinin qazlaşdırılması məqsədilə ikipilləli sistem əsasında ümumi uzunluğu 15 625 metr olan müxtəlif diametrli metal borulardan ibarət daşıyıcı və məhəllədaxili qaz kəmərləri əsaslı təmir olunub, 105 sayğac quraşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti