Komitə sədri vətəndaşları qəbul edəcək

Komitə sədri vətəndaşları qəbul edəcək
  23 Noyabr 2015    Oxunub:1793
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 noyabr 2015-ci il tarixində Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:
(02021) 3-02-56, (02021) 3-02-76



Teqlər:





Xəbər lenti