Azərbaycanda “general” axtarışa verildi

Azərbaycanda “general” axtarışa verildi
  18 Noyabr 2015    Oxunub:6801
Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.
AzVision.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M.Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Teqlər:





Xəbər lenti