Dolçe və Qabbana həbs edildilər

Dolçe və Qabbana həbs edildilər
  20 İyun 2013    Oxunub:1540
İtaliyalı məşhur modelyer və stilistlər Domeniko Dolçe və Stefano Qabbana maliyyə maxinasiyalarına, həmçinin, vergiləri ödəmədiklərinə görə 1 il 8 aylıq həbs cəzasına məhkum ediliblər.
İstintaqın gəldiyi qənaətə görə, onlar Lüksemburqda öz şirkətlərinin “Qado” adlı filialını yaratmaqla onun vasitəsilə İtaliyadan 1 milyard avro çıxarıblar.

Məhkəmə modelyerlərdən 10 milyon avro kompensasiya ödəməyi də tələb edir.

Dolçe və Qabbana günahlarını boyunlarına almırlar. Onlara qarşı məhkəmə işi əvvəlcə dayandırılsa da, Appellyasiya Məhkəməsi onu yenidən bərpa edib.


Teqlər:  





Xəbər lenti