Rəsmi açıqlama: İranda narkomanlar çoxalıb

Rəsmi açıqlama: İranda narkomanlar çoxalıb
  20 Fevral 2013    Oxunub:1912
“İranda narkotik istifadəçilərinin 20 faizdən çoxunu qadınlar təşkil edir”.
Bu barədə İranın “RadioFarda” radiosuna İranın Narkomaniyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Taha Tahiri açıqlama verib. O bildirib ki, ölkəsində ən çox istifadə edilən narkotik maddə şişədir: “Kimyəvi maddələrdən hazırlanan şişənin qiyməti ucuzlaşıb və əldə etmək çox asanlaşıb. Məsələn, Tehranda kim istəsə 5 dəqiqədə şişəni tapa bilər. Lakin son 2 ayda narkotik maddələri satan şəxslərin həbs edilməsi, narkotik maddələrin qiymətinin nisbətən qalxmasına səbəb olub”. İdarənin sədr müavini Hamid Sərami isə bildirib ki, şişə İranda ikinci ən çox istifadə edilən narkotik maddədir: “Bu narkotik altı il əvvəl bu qədər geniş yayılmamışdı. İndi narkotik istifadə edənlər ya tiryək çəkir, ya da şişə qəbul edir. Narkotik aludəçilərinin çoxunu gənclər təşkil edir”.


Teqlər:  





Xəbər lenti