`Haqlı olaraq yürüşə icazə verilməyib` - Mübariz Qurbanlı

`Haqlı olaraq yürüşə icazə verilməyib` - Mübariz Qurbanlı
  24 Oktyabr 2015    Oxunub:1974
`Gəncədə baş verənlər mətbuatın yazdığı kimi deyil. Orada insanlar Şah Abbas məscidinə yürüş etmək istəyiblər, bunun da qarşısı alınıb. Məhərrəmlikdə, Aşura günündə həmişə kütləvilik olub`.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Ziyarətgaha qədər məsafə böyükdür, haqlı olaraq yürüşə icazə verilməyib:

`Yürüş etmək yolverilməzdir. Əzadarlıq məscidin içində olmalıdır. Biz bunu dəfələrlə bildirmişik ki, kütləvilik olsa da, yürüş-aksiya olmamalıdır. Azərbaycanda dini tolerantlıq mövcuddur, dinlərarası münasibətlər yüksək səviyyədədir`.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də bu məsələyə münasibət bildirib:

`Gəncədə baş verənləri şişirtmək lazım deyil. Bunu hətta siyasiləşdirmək istəyənlər də var. Burada hər hansı siyasi məsələdən söhbət gedə bilməz. Hər şey qanun çərçivəsində həll olunmalıdır. Bəzilərinin ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb. Mən özüm də demişəm ki, Aşura zamanı İmamzadədə toplanın. Ancaq yürüş keçirmək, məsələləri siyasiləşdirmək lazım deyil".

AzVision.az


Teqlər:  





Xəbər lenti