Dünya əhalisinin yarısı 5 ölkədə yaşayır

Dünya əhalisinin yarısı 5 ölkədə yaşayır
  03 Oktyabr 2015    Oxunub:3506
Hazırda sayı 7,3 milyard nəfərə çatan dünya əhalisinin yarısı 5 ölkədə yaşayır. Onların arasında Çin 1 milyard 366 milyon 630 min nəfər əhali ilə birinci yerdə dayanır.
AZƏRTAC TRT Haber saytına istinadla xəbər verir ki, 1960-cı ildə təxminən 3 milyard olan dünya əhalisi 1970-ci ildə 3,7 milyard, 1980-ci ildə 4,4 milyard, 1990-cı ildə 5,3 milyard, 2000-ci ildə 6,1 milyard, 2010-cu ildə isə 6,9 milyard nəfərə çatıb. Bu il isə sayı 7,3 milyard nəfəri ötən dünya əhalisinin 2050-ci ildə 9 milyarda çatacağı ehtimal edilir.

Statistikaya görə, dünya əhalisinin təxminən 20 faizinin yaşadığı Çindən sonra ikinci yeri əhalisi 1 milyard 251 milyon 695 min 584 nəfər olan Hindistan tutur. Bu ölkədə dünya əhalisinin təxminən 17,4 faizi yaşayır.

Üçüncü yerdə qərarlaşan ABŞ-ın 321 milyon 362 min 789 nəfər əhalisi var ki, bu da dünya əhalisinin 4,4 faizinə bərabərdir. Sonrakı iki yerdə 255 milyon 993 min 674 nəfər əhalisi olan İndoneziya və 204 milyon 259 min 812 nəfər əhaliyə malik Braziliya qərarlaşır.

Beləliklə, Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliyanın birlikdə əhalisi dünya əhalisinin 47 faizini təşkil edir.


Teqlər:





Xəbər lenti