QMİ-dən Məkkədəki faciə ilə bağlı Açıqlama

QMİ-dən Məkkədəki faciə ilə bağlı Açıqlama
  12 Sentyabr 2015    Oxunub:2146
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məkkə şəhərində `Məscidi Həram`da baş vermiş faciə ilə bağlı açıqlama yayıb.
QMİ-dən AzVision.az-a verilən məlumata gər, faciədə ölən və yaralılar arasında azərbaycanlı zəvvarlar olmayıb.

Bildirilib ki, azərbaycanlı zəvvarlar hadisə baş verəndə Mədinə şəhərində olublar.

Zəvvarlarımız hələ bu gün Məkkəyə gedəcəklər. Dünən ziyarət planına əsasən Mədinə şəhərində gediblər.

Xatırladaq ki, dünən Kəbədə ildırım düşməsi nəticəsində qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

Hadisə nəticəsində 107 nəfər ölüb, 184 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti