`Qarabağ` və `Qəbələ`dən növbəti qələbə

`Qarabağ` və `Qəbələ`dən növbəti qələbə
  24 Avqust 2015    Oxunub:1907
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
Bu gün daha üç qarşılaşma keçirilib. Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkib. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq.(Trend)


Teqlər:  





Xəbər lenti