"Qəbələ" "Qarabağ"la bərabərə qaldı

"Qəbələ" "Qarabağ"la bərabərə qaldı
  11 Avqust 2015    Oxunub:1907
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.
Turun mərkəzi oyunu Qəbələdə baş tutub. Ölkəmizi Avropa Liqasında təmsil edən iki komandamız – “Qəbələ” və “Qarabağ” üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə “Qəbələ”nin hücumçusu Serqey Zenev açıb. 62-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib.

74-cü dəqiqədə Qara Qarayevə qarşı kobudluğa görə hakim “Qəbələ”nin futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə göstərib. Azlıqda qalan meydan sahibləri 9 dəqiqə sonra qapılarında ikinci qolu görüblər. Almeyda cərimə meydançasından kənardan effektli zərbə ilə dubla imza atıb.

Lakin “Qarabağ” bu hesabı sona qədər qoruya bilməyib. 86-cı dəqiqədə Ağdam klubunun kapitanı Rəşad Sadıqovun kobud səhvindən sonra Samir Zərgərov qapıçı ilə üzbəüz qalıb və komandasını məğlubiyyətdən xilas edib.


Teqlər:





Xəbər lenti