`Qalatasaray` Superkuboku qazandı

`Qalatasaray` Superkuboku qazandı
  09 Avqust 2015    Oxunub:1967
Futbol üzrə Türkiyə Super Liqasının və ölkə kubokunun qalibi olan İstanbulun “Qalatasaray” komandası kubokun ötənilki qalibi “Bursaspor”u 1:0 hesabı ilə məğlub edib. İstanbullular Bursa təmsilçisinin qapısına 21-ci dəqiqədə Yasinin qolu ilə yol tapıblar və Türkiyə Super Kubokunun qalibi olublar.

Bu qələbə ilə “Qalatasaray” mövsümü 3 kubokla başa vurmaqla yanaşı, Super Kuboku dördüncü dəfə muzeyinə apararaq əzəli rəqibi “Fənərbağça”nı geridə qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti