`Həmin görüşü hələ yaddan çıxarmamışıq` - Qurban Qurbanov

`Həmin görüşü hələ yaddan çıxarmamışıq` - Qurban Qurbanov
  08 Avqust 2015    Oxunub:2076
Avrokubokun bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra “Yanq Boyz” haqqında kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin təcrübəyə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələr göstərib. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir.
Bu fikirləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Avropa Liqası yarışlarının play-off mərhələsi çərçivəsində qarşılaşacaqları İsveçrənin “Yanq Boyz” kollektivi barədə danışarkən deyib.

Baş məşqçi qeyd edib: “Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Fikrimcə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin “Seltik” ilə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni, indidən yalnız “Yanq Boyz” haqqında düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik”.


Teqlər:  





Xəbər lenti