`Topaz` yenidən Premyer Liqanın sponsoru oldu

`Topaz` yenidən Premyer Liqanın sponsoru oldu
  06 Avqust 2015    Oxunub:1629
2015/2016-cı illər mövsümü Topaz Premyer Liqası adlandırılacaq.
AzVision.az-ın xəbərinə görə, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Bildirilir ki, Topaz və PFL rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib və müqavilənin müddəti daha 1 il artırılıb.

Qeyd edək ki, "Topaz" 3 mövsümdür ki, Premyer Liqanın sponsorudur.

Xatırladaq ki, bir neçə gün əvvəl PFL prezidenti Ramin Musayev "Topaz"ın Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina etdiyini bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti