`Qarabağ` Çempionlar Liqasına əlvida dedi

`Qarabağ` Çempionlar Liqasına əlvida dedi
  06 Avqust 2015    Oxunub:2090
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz “Qarabağ” da “play-off” uğrunda mübarizə aparıb.

Qurban Qurbanovun komandası doğma meydanda Şotlandiyanın “Seltik” klubunu qəbul edib.

Qlazqoda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq qalib gəlməli idi. Ancaq bu matçda "Qarabağ" qolsuz bərabərə qalıb və Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qurban Qurbanovun komandası mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək.



Teqlər:  





Xəbər lenti