Premyer Liqada ilk turun oyun cədvəli

Premyer Liqada ilk turun oyun cədvəli
  06 Avqust 2015    Oxunub:1517
Premyer Liqanın 2015/2016-cı il mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Turun görüşləri iki gün ərzində keçiriləcək.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, avqustun 9-da “Bakcell Arena”da “Neftçi” – “Kəpəz”, Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” – “AZAL”, “Xəzər Lənkəran” mərkəzi stadionunda “Xəzər Lənkəran” – “İnter” oyunları keçiriləcək. Avqustun 10-da “Bayıl Arena”da “Rəvan” – “Sumqayıt”, Qəbələ şəhər stadionunda “Qəbələ” – “Qarabağ” matçları oynanılacaq.

Bütün oyunlar saat 21:00-da başlanacaq.


Teqlər:





Xəbər lenti