Liqadakı oyunların şərhi Azərbaycan dilində olacaq

Liqadakı oyunların şərhi Azərbaycan dilində olacaq
  05 Avqust 2015    Oxunub:1782
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV-də oyunlar rus dilində yox, Azərbaycan dilində yayımlacaq.
AzVision.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra matçların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl CBC TV kanalı - Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi. Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official) kanalında nəzərdə tutulurdu.

CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirib.


Teqlər:





Xəbər lenti