Liqa oyunlarını Rövnəq Abdullayevin kanalı göstərəcək

Liqa oyunlarını Rövnəq Abdullayevin kanalı göstərəcək
  04 Avqust 2015    Oxunub:3946
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, TV Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək.

Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

İlkin razılığa əsasən, CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official) kanalında yayımlanacaq.

CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.


Teqlər:  





Xəbər lenti