`Qarabağ`-`Seltik` oyunun biletləri satışda

`Qarabağ`-`Seltik` oyunun biletləri satışda
  03 Avqust 2015    Oxunub:2498
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` - `Seltik` qarşılaşmasının biletlərinin satışı bugün bərpa olunub.
AzVision.az xəbər verir ki, `Qarabağ`FK tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

`Qarabağ` FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar.

Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1 - 10 manat arasında dəyişir. Biletlər 13 - 16, 29 və 38-ci sektorlara 10 manata, 12 və 17-ci sektorlara 8 manata, 11 və 18-ci sektorlara 6 manata, 10 və 19-cu sektorlara 5 manata, 8-9 və 20-21-ci sektorlara 3 manata, 5 - 7 və 22 - 24-cü sektorlara 2 manata, 1 - 4 və 25 - 27-ci sektorlara 1 manata satılır. VİP bilet isə 50 manatadır.

Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq.


Teqlər:





Xəbər lenti