Ronaldudan gözlənilməz etiraf

Ronaldudan gözlənilməz etiraf
  03 Avqust 2015    Oxunub:2909
Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldu etiraf edib ki, vaxtilə peşəkar futbolçu olmaq barədə düşünməyib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, forvard bildirib ki, ailəsində hamı futbolu sevir.

Portuqaliyalı ulduz deyib: “Bir dəfə küçədə oynarkən atam mənə dedi: Mən işdə olarkən niyə də sən komanda ilə məşq etmiyəsən? Mən razılaşdım və beləcə oynamağa başladım. Hər gün məşqlərə gedirdim. Atam da həmişə yanımda idi”.

K.Ronaldunun sözlərinə görə, əvvəlcə digər uşaqlardan seçildiyini düşünüb: “Heç vaxt peşəkar futbolçu olacağımı və düşünmürdüm. O vaxt yalnız oyundan zövq alırdım”.


Teqlər:





Xəbər lenti