`Qəbələ`dən qələbəyə bərabər heç-heçə

`Qəbələ`dən qələbəyə bərabər heç-heçə
  31 İyul 2015    Oxunub:2166
"Qəbələ" klubu bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Roman Qriqorçukun komandası Kiprdə "Apollon"un qonağı olub. Qəbələ təmsilçisinin bu dəfə səfərdən hansı nəticə ilə qayıdacağı maraqla gözlənilirdi. Matçda hesabı "Apollon" açsa da, "Qəbələ" 90+5-ci dəqiqədə Cavid Hüseynovun qolu ilə hesabı bərabərlaşdırıb - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.


Teqlər:  





Xəbər lenti