`Qarabağ`ın oyunu - TAM VİDEO

`Qarabağ`ın oyunu - TAM VİDEO
  30 İyul 2015    Oxunub:2857
Qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyirdi.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olub. Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli nəticə ilə qayıtmaq niyyətində idi. Matçın taleyini bir qol həll edib. Boyatanın görüşün 82-ci dəqiqəsində vurduğu qol "Seltik"ə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.




Teqlər:  





Xəbər lenti