`Qarabağ` `Seltik`i uda bilmədi - VİDEO

`Qarabağ` `Seltik`i uda bilmədi - VİDEO
  30 İyul 2015    Oxunub:2774
İyulun 29-da futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" komandası növbəti oyununa çıxıb. Komandamız Şotlandiyada "Seltik" klubunun qonağı olub.

"Seltik Park Arena"da keçirilən oyunun ilk hissəsində qapılara top vurulmayıb.

Avstriyalı baş hakimi Robert Şorgenhoferin idarə etdiyi oyunun 82-ci dəqiqəsində "Seltik"in futbolçusu Dedrik Boyata hesabı açıb. Oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş "Seltik"in minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




Teqlər:  





Xəbər lenti